Salam Anar. Ümid edirəm işlərin yaxşıdır
Təxminən 10 ildir rəqəmsal marketinq, e-commerce və veb texnologiyaları ilə iç-içəyəm. Son vaxtlar isə AI ilə prosesləri avtomatlaşdırmaq, daha ağıllı sistemlər qurmaq mənə xüsusilə maraqlıdır.
Təxminən 10 ildir rəqəmsal marketinq, e-commerce və veb texnologiyaları ilə məşğulam — bir ayağım marketinqdə, digəri kodda.
Hazırda Tabaterra-nın Nəqliyyat və Logistika departamentində Fleet Data & Operations Specialist kimi çalışıram. Data, finance/reporting və təkrarlanan əməliyyatların avtomatlaşdırılması istiqamətində işləyirəm.
Son vaxtlar Claude Code və Codex ilə AI-assisted development-ə getdikcə daha çox vaxt ayırıram. Məqsədim sadədir: biznes proseslərini daha ağıllı və praktik sistemlərə çevirmək.
Hamısını yox — yalnız həqiqətən üst-üstə düşənləri yazdım. Qalanını kofe üstündə danışarıq.
Faiz, ulduz, “expert” etiketi yoxdur — sadəcə real işdə istifadə etdiklərim.
Bir-birimizi qiyabi tanıyırıq. Elə ona görə düşündüm ki, uzun-uzadı CV göndərməkdənsə, bir kofe arxasında AI, avtomatlaşdırma və birlikdə nələr edə biləcəyimiz barədə danışmaq daha maraqlı olar. Həm ideya mübadiləsi edərik, həm də bəlkə yolumuz eyni istiqamətə gedər. :)
Cling! Fincanlar toqquşdu — WhatsApp açılır…